Azərbaycanın daha bir neçə şirkətinin Rusiyaya pomidor və alma ixracına razılıq verildi
Rusiyanın “Rosselxoznadzor” qurumu Azərbaycanın 13 müəssisəsinin Rusiyaya pomidor və alma tədarükünə icazə verib.
TASS agentliyi bu barədə “Rosselxoznadzor”un yaydığı məlumata əsasən xəbər verib.
“Yanvarın 25-dən Azərbaycanın altı alma istehsal müəssisəsinə və yeddi pomidor istehsal edən şirkətinə Rusiyaya mallarını ixrac etməyə icazə verilib”, - deyə qurumun açıqlamasında qeyd olunur.