Konqres hücumçularına 520 min dollarlıq ianə edən bloger özünü öldürdü
ABŞ-ın paytaxtı Vaşinqtonda yanvarın 6-da Konqres binasına basqın edən aksiyaçılara 520 min dollarlıq bitkoin bağışlayan fransalı bloger Laurent Baxelier Parisdə otel otağında intihar edib.
Azadmedia.az xarici mediaya istinadən xəbər verir ki, bloger yüksək doza narkotik qəbul edərək həyatına son qoyub.
35 yaşlı Laurent intihardan əvvəl Parisdə lüks otellərin birində rezervasiya edib. O, otağına spirtli içki sifariş verərək narkotik qəbul edib.
Blogerin 8 ildir xroniki əsəb xəstəsi olduğu deyilir.