AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Heydər Əliyev Sarayı bir qrup gənc əməkdaşlarını mükafatlandırdı

  • + A
  • - A
  • 2-02-2021, 08:45


    Azadmedia.az-ın verdiyi xəbərə görə, Heydər Əliyev Sarayı bir qrup gənc əməkdaşlarını mükafatlandırıb.

    Bu gün Heydər Əliyev Sarayında 2-feval Azərbaycan Gəncləri günü münasibətilə kollektivin gənc əməkdaşları ilə görüş keçirilib.
    Görüşdə çıxış edən Heydər Əliyev Sarayının direktoru Ramil Qasımov gəncləri qarşıdan gələn bayram günü münasibəti ilə təbrik etdi.
    Bildirdi ki, 2 fevral - Azərbaycan Gəncləri gününün əsası Ulu Öndərimizin adı ilə bağlıdır.

    Ümummilli Liderin təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. 1997-ci ildə Ulu Öndərin sərəncamı ilə 2 fevral - Azərbaycan Gəncləri günü elan edilmişdir. Bütün bunlar Heydər Əliyevin gənclərə böyük qayğısının parlaq təzahürü idi.






    Ramil Qasımov qeyd etdi ki, bu gənclər siyasəti bu gün ən yüksək səviyyədə davam etdirilir. Gəncləri diqqət mərkəzində saxlayaraq onlarla daim dialoq qurmaq, qayğı göstərmək dövlət siyasətimizin əsas istiqamətlərindən biridir. Heydər Əliyev Sarayının rəhbərliyidə gənclərin kollektivə cəlb olunması, mədəni-kütləvi tədbirlərdə fəal iştirak etməsinə böyük önəm verir.

    Sarayın direktoru həmçinin yaxın zamanda gənclərin sırasına yeni gənclərin cəlb olunacağını vurğuladı. Kollektivimizin sıralarında gənclərin sayının artması Sarayın gələcəyi ilə bağlı böyük perspektivlər üçün mühüm əhəmiyyət kəsb edir. Sarayda gənclərin inkişafı, yüksək bilik və bacarıqlarının təkminləşdirilməsi baxımından hər bir şərait yaradılıb. Əminəm ki, kollektivimizin gənc üzvləri kimi gələcəkdə Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafı prosesində yaxından iştirak edib, həyata keçirilən işlərə öz töhfələrinizi verəcəksiniz.

    Tədbirin sonunda Heydər Əliyev Sarayının rəhbərliyi tərəfindən kollektivin fəal üzvü kimi özünü təsdiqləyən bir qrup gənc əməkdaş və kollektivin 44 günlük Vətən müharibəsi iştirakçısı üzvü Azay Azayev mükafatlandırıldı və Fəxri Fərman ilə təltif olundular. Onlara Tarixi səhnə - Heydər Əliyev Sarayındakı şərəfli və məsuliyyətli fəaliyyətlərində yeni-yeni nəailiyyətlər və uğurlar dilədilər.




    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR