AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

—————GƏLİŞİNDƏN—————

  • + A
  • - A
  • 17-02-2021, 15:28



    Şəfa gəldin ömrümə, ruhum, eynim açıldı,
    Qönçələndi bağımın gülləri gəlişindən.
    Bədirləndi ilhamım , havalandı ürəyim,
    Unutdum hədər ötən illəri gəlişindən.

    Mərhəba sözü duzlum, dili ballım mərhəba!
    Nəfsi-Zəhram, həyalım, başı şallım mərhəba !
    İsməti məlayikəm , xub ifallım mərhəba !
    Yenə daşdı təbimin selləri gəlişindən.

    Gözlərimin içindən qəlbimi görən gözəl,
    Sevincini gizlədib , dərdimi dərən gözəl,
    Gül üzlüm, bəstə boylum , saçları kürən gözəl,
    Avazlandı könlümün telləri gəlişindən.

    Cabirəm xalı sərim, çirmələnim önündə,
    Sarınım saf eşqinə , bürmələnim önündə,
    Dönük çıxsam canımdan cərmələnim önündə,
    Açıldı lal aşiqin dilləri gəlişindən .

    Cabir Qurbanov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR