Bakının bəzi ərazilərində baş vermiş qəza ilə bağlı içməli su məhdudiyyətlə veriləcək. Bu barədə Azadmedia.az-a "Azərsu" QSC-dən məlumat verilib. Məlumatda deyilir:
"Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 18 fevral 2021-ci il tarixində gün ərzində Bakı şəhəri Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.