Türk Dünyasında Metrologiya Birliyi yaradılır - FOTO
Fevralın 19-da Ankarada Türk Dünyası Metrologiya Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Türkiyə prezidentinin köməkçisi Fuat Oktay Forumda iştirak edibər.
Türkiyənin Metrologiya Baş İdarəsinin yaradılmasının 84-cü ildönümünə həsr olunan Forumda türkdilli ölkələrin metrologiya qurumlarının beynəlxalq platformalarda birgə fəaliyyətinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Tədbirdə əvvəlcə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bəkir Pakdəmir, Qazaxıstanın, Qırğızıstanın, Özbəkistanın, Türkmənistanın, Şimali Kipr Türk Respublikasının müvafiq qurumlarının rəsmilərinın çıxışları dinlənilib.
Sonra Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov çıxış edib.
Forumda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciəti oxunub.
Daha sonra Türkiyə prezidentinin köməkçisi Fuat Oktay çıxış edib.
Forumun yekununda Türk Dünyasında Metrologiya Birliyinin yaradılması barədə qərar qəbul olunub.