AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Caliber”in Abxaziyadan keçən dəmiryolu barədə təhlili - VİDEO

  • + A
  • - A
  • 22-02-2021, 22:03


    "Caliber” müstəqil jurnalist layihəsi "Youtube” kanalında növbəti videotəhlilini yerləşdirib.

    Layihənin Abxaziyadan keçən dəmiryolu mövzusuna həsr edilmiş budəfəki təhlilində müəlliflər qeyd edirlər ki, təxminən bir həftə öncə qondarma Abxaziya Respublikası parlamenti Rusiya Dövlət Dumasına müraciət edərək, bu ölkə ilə Ermənistan arasında dəmiryolu əlaqəsinin bərpasında iştirak etməyə hazır olduğunu bildirib.

    "Abxaziya separatçıları tərəfindən Moskvaya "rəsmi” sorğu göndərilib və bildirilib ki, qondarma respublika əhalisi arasında Ermənistanla dəmiryolu xəttinin açılışı tərəfdarlarının sayı günbəgün artmaqdadır. Biz istər Abxaziyada, istərsə də Ermənistanın özündə sözügedən layihə tərəfdarlarının artmasına zərrə qədər şübhə etmirik. Axı Ermənistan uzun illərdir, Rusiya ilə birbaşa dəmiryolu əlaqəsinə malik deyil. İki ölkəni əlaqələndirən və Gürcüstan ərazisindən keçən Yuxarı Lars yolu isə hava şəraiti ilə əlaqədar tez-tez bağlanır. Odur ki, məsələ ilə bağlı Ermənistanın marağını anlamaq elə də çətin deyil. O ki qaldı Abxaziyaya, bu işğal olunmuş ərazi məhz belə layihələr hesabına öz legitimliyini təsdiq etmək istəyir”, - deyə videotəhlildə bildirilir.

    Daha ətraflı "Caliber”in yeni videotəhlilində:


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR