ADAU-da “Xocalı qan yaddaşımızdır!” adlı tədbir keçirilib
Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Xocalı faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Xocalı qan yaddaşımızdır!” adlı onlayn tədbir keçirilib.
Tədbirdə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, Xocalı faciəsi xalqımıza qarşı törədilmiş ən dəhşətli qırğınlardan biridir. O qeyd edib ki, bu il faciəni ürəkağrısı ilə ansaq da, Müzəffər Ali Baş Komandanın, Rəşadətli Azərbaycan Ordusunun və xalqımızın sayəsində ötən il 44 günlük Vətən müharibəsində xalqımız öz qisasını aldı.
Daha sonra universitetin İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov qətliama ilk dəfə siyasi müstəvidə qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyini bildirərək bu haqda görülən işlərdən danışıb.
Sonda Universitetin müəllim və tələbələri soyqırımın xalqımızın taleyindəki izlərinə toxunublar.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR