AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bazel şəhərində Xocalı soyqırımına həsr edilmiş ədəbi-bədii gecə təşkil edilib – FOTO

  • + A
  • - A
  • 24-02-2021, 19:00


    İsveçrənin Bazel şəhərində fəaliyyət göstərən “Azərbaycanın Dostları” Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 29-cü ildönümünə həsr edilmiş “Xocalıdan danışaq!” mövzusunda ədəbi-bədii videogörüş keçirilib.

    Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

    Bildirilib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan virtual tədbirə İsveçrənin müxtəlif şəhərlərində yaşayan soydaşlarımız qoşulublar.

    Tədbir iştirakçılarını salamlayan “Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva bildirib ki, xalqımızın qan yaddaşına yazılmış Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir. Odur ki, belə faciələrin bir daha təkrarlanmaması naminə dünya birliyi erməni faşizmi kimi qorxulu meyllərin meydana çıxmasına yol verməməli, Xocalı soyqırımını rəsmən tanımalı, cinayətkarların məsuliyyətə cəlb edilməsinə nail olmalıdır.

    Xocalı hadisələrinin şahidi olan Vüqar Cəfərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin törətdikləri vəhşiliklərdən danışıb, ömrünün sonuna qədər erməni faşizminin xalqımızın başına gətirdiyi müsibətləri unutmayacağını, cinayətkarların ədalət mühakiməsinə cəlb olunmasının vacibliyini bildirib.

    Tədbirin bədii hissəsində Xocalıya həsr edilmiş şeirlər, xanəndə Rəvanə Qurbanovanın və tarzən Rövşən Qurbanovun ifasında muğam parçaları səsləndirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR