AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

600 abonent qazsız qaldı

  • + A
  • - A
  • 7-03-2021, 12:40


    Bu gün Bakı şəhəri və ətraf yaşayış massivlərində hava şəraiti güclü küləklə müşahidə olunur.

    "Azəriqaz"dan Azadmedia.az a verilən məlumata görə, Xəzər rayonu Binə qəsəbəsi Sovxoz ərazisi deyilən yerdə, "Qardaşlar" marketinin damı uçaraq diametri 159 mm olan orta təzyiqli qaz xəttinin üzərinə aşıb.

    Müvəqqəti olaraq təbii hadisə səbəbindən 600 abonentin qaz təchizatında fasilə yaranıb.

    "Azəriqaz" İstehsalat Birliyinin rəhbərliyi tezliklə fəsadların aradan qaldırılması və qaz təchizatının bərpa olunması barədə tapşırıqlar verib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR