Güclü külək kənd sakinlərini qazsız qoydu
![]()
Şəmkir rayonunun Qaracəmilli kəndində əsən güclü külək təbii qaz təsərrüfatına ziyan vurub. Belə ki, külək dam örtüyünü diametri 57 millimetr olan qaz xəttinin üstünə aşırıb. Bu səbəbdən 450 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.
Bu barədə AzadMedia.az-a “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.