AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Plaformasının 100-cü günü

  • + A
  • - A
  • 14-03-2021, 17:00


    15 Mart 2021-cil tarixində, saat 11.00-da “World Business Center”də Azərbaycan
    Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin çağırışına qoşularaq,
    Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü, Türkiyə və Azərbaycan İş Adamları və
    Sənayeçiləri İctimai Birliynin (TÜİB) İdarə Heyətinin sədri Hüseyin Büyükfıratın dəstəyi və
    təşklatçılığı ilə həyata keçirilən “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar
    Plaformasının 100-cü günü ilə əlaqədar mətbuat konfransı keçiriləcəkdir.
    Mətbuat konfransında 44 günlük tarixi II Qarabağ Vətən savaşı çərçivəsində
    Azərbaycan üçün canlarını fəda etmiş şəhidlərimızın ailələrinə, yaralılarmız, qazilərimiz və
    onların ailə üzvlərinə hərtərəfli dəstəyi nəzərdə tutan, onların təhsil, sosial, həm də maddi-
    mənəvi problemlərinin həlli istiqamətində görülən işlərlə bağlı məlumat veriləcəkdir.
    “Tək Millət, Tək Ürək” Beynəlxalq Humanitar Plaformasının 100-cü günü ilə
    əlaqədar keçiriləcək mətbuat konfransında Milli Məclisin deputatı Ramil Həsən və TÜİB İdarə
    Heyətinin sədri Hüseyin Büyükfırat başda olmaqla, Platformanın fəaliyyətində rolu olan
    tanınmış şəxslər, ziyalılar, iş adamları iştirak edəcək.
    Mətbuat konfransı KİV və ictimaiyyət nümayəndələrinə açıqdır.
    Əlaqə: Məhsəti Xəlilova
    TÜİB Baş Koordinatoru
    Tel no: 051 6415858
    e-poçt: mehseti.khalilova@tuib.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR