AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid adının əbədiləşdirilməsi ilə bağlı dəyişikliklər olacaq

  • + A
  • - A
  • 15-03-2021, 12:47



    “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik təklif olunur.

    Bu barədə Oxu.Az Milli Məclisdən məlumat əldə edib.

    Layihəyə görə, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq yaradılmış işçi qrupunun müvafiq qərarına əsasən, şəhidlər, şəhid ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və müharibə veteranları barədə vahid informasiya bazasının yaradılması nəzərdə tutulur.

    Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin hazırlanmasında əsas məqsəd hazırkı tarixədək verilmiş və bundan sonra verilə biləcək statuslar əsasında şəhidlər, şəhid ailə üzvləri barədə vahid informasiya bazasının yaradılması, müvafiq məlumatların toplanılması, saxlanılması və axtarışının avtomatlaşdırılmasının təmin edilməsidir.

    Layihə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR