Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşa şəhərində səfərdə olub.
Bununla bağlı görüntüləri Mehriban Əliyeva öz sosial media hesabında paylaşıb.
Prezident İlham Əliyev “Qarabağ” hotelində gedən yenidənqurma işləri ilə tanış olub. O bildirib ki, işğal illərində hotel fəaliyyət göstərməyib. Həmçinin, prezident hotelin sovet dövründə Azərbaycanın büdcəsi hesabına tikildiyini diqqətə çatdırıb.