Ramiz Zeynalov yeni dövrün tələblərinə uyğun müdrik idarəçiliyini həyata keçirməkdədir
Hazırda ölkəmizin bir çox strateji əhəmiyyət kəsb edən dövlət qurumlarında vəzifə sahibi olan elə şəxslər var ki, onlar həm geniş ictimaiyyət tərəfindən həzm olunur, həm də həmin şəxslərə qarşı hər kəs tərəfindən rəğbət hissi də formalaşıb. Belə vəzifə sahibi olan şəxslərdən biri də, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalovdur. Adı çəkilən bu şəxsin hər kəsə bəslədiyi səmimi, yüksək insani münasibətinin varlığıdır ki, hal-hazırda ona qarşı geniş ictimaiyyət tərəfindən belə bir münasibət hissi formalaşıb. Qeyd edək ki, Ramiz Zeynalov 1994-cü ilin avqust ayından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Ötən 27 il ərzində üzərinə düşən vəzifəsinin öhdəsindən lazımınca gələn Ramiz Zeynalov, məhz bu gün də daşıdığı vəzifəsini icra etməkdədir. Bəli, adı çəkilən bu şəxsin daşıdığı vəzifə heç də sıradan bir vəzifə deyil. Yəni, hər kəs təsdiq edə bilər ki, Baş Dövlət Yol Polisi İdarəsi dövlətimiz üçün olduqca strateji əhəmiyyət kəsb edən dövlət qurumlarından biridir.
Bir həqiqəti də qeyd edək ki, son illər qəbul olunmuş “Dövlət Proqramı”na uyğun olaraq BDYPİ-də və onun tabeli qurumlarında lazımi islahat proqramları həyata keçirildi ki, bu da zaman keçdikcə özünü göstərməyə başladı. Onu da vurğulamaq yerinə düşər ki, bu dövlət qurumunun iş fəaliyyəti hər zaman diqqət mərkəzində olub. Belə bir səbəbdən də, istər yol hərəkəti qaydalarının tənzimlənməsi, vətəndaşların təhlükəsiz hərəkətlərinin təmin olunması, istərsə də ekoloji tarazlığın təmin olunması və s. istiqamətdə müvafiq addımların atılması, zaman etibarilə aktuallıq kəsb edən məsələlər olub. Faktdır ki, son beş-altı ildə əksər sahələr kimi yol polisi sahəsində də, vaxtilə mövcud olmuş problemlər tədricən aradan qaldırıldı, həlli vacib olan məsələlər həllini tapdı. Bu yöndə atılan addımların uğurlu alınmasının həm obyektiv, həm də subyektiv səbəbləri oldu. Qeyd olunan səbəblər içərisində ən əsası BDYPİ-nə təcrübəli bir şəxsin, polis general-mayoru cənab Ramiz Zeynalovun rəhbərlik etməsi oldu ki, bu da yol polisi sahəsində əsaslı dönüşün əmələ gəlməsini şərtləndirən əsas səbəbdir. Artıq bu gün yol polisi əməkdaşları əksəriyyətin güvənc mənbəyinə çevriliblər. Çünki yol hərəkəti qaydalarını pozan, mövcud qanunvericiliyin tələblərinə zidd addımlar atan sürücülər dərhal aşkarlanır və qanun qarşısında cəzalandırılırlar. Bu gün ötən illərə nisbətən yol polisi əməkdaşları hər cür texniki vasitələrlə təmin olunublar ki, belə bir halın varlığı da, məhz onlara daha uğurlu addımlarını atmağa imkan verir.
Bundan əlavə, BDYPİ-nin rəisi cənab Ramiz Zeynalovun həyata keçirdiyi müdrik idarəçiliyin nəticəsidir ki, yol polisi əməkdaşları tərəfindən aparılan təbliğati işlərin nəticəsi olaraq, son illər respublikamızda ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı ötən illərə nisbətən xeyli azalıb. Bir daha qeyd edək ki, bütün bunlar yol polisi əməkdaşlarının məqsədli şəkildə atdıqları addımların, apardıqları təbliğati işlərin nəticəsi əsasında əldə olunan göstəricilərdir. Faktdır ki, hazırda ölkəmizdə sürücü-piyada münasibətlərində sürücülər intizamlı davransalar da, bir çox piyadalar yenə də yol-hərəkəti qaydalarını pozmaqda davam edirlər.
Əsas toxunacağımız məqamlardan biri də, sosial şəbəkələrdə yol polisi əməkdaşları ilə sürücülər arasında əmələ gələn hansısa narazılıqlarla, yaxud da hansısa addımlarla bağlı yayımlanan video-sujetlərə operativ reaksiyanın verilməsidir. Əldə etdiyimiz məlumatlara görə, əgər belə bir hal baş verərsə dərhal rəhbərliyə yazılı məlumat çatdırılır və verilmiş tapşırıqlar əsasında aidiyyəti üzrə lazımi araşdırma işləri həyata keçirilir. Xüsusi olaraq yol polisi əməkdaşlarının atdıqları hər bir addım daim rəhbərliyin nəzarəti altında olur. Hansısa nöqsan və ya başqa formada qanunsuzluq əməli aşkarlanarsa, ləngimədən xidməti yoxlama aparılır və bununla bağlı lazımı tədbirlər də görülür. Araşdırmalar texniki vasitələrin köməyi ilə həyata keçirilir və həmin vaxt sahələr üzrə yerlərləki aidiyyəti əməkdaşlar da araşdırma işlərinə cəlb olunurlar. Aparılmış araşdırma işlərinin nəticəsi barədə rəhbərliyə məruzə olunur və rəhbərlik də əldə olunmuş nəticə əsasında qərar qəbul edir.
Bəli, tam əksəriyyət o haqda da məlumata malikdir ki, yol polisi əməkdaşlarının əldə etdikləri uğurlar zaman-zaman bir çox mətbu qurumlarda işıqlandırılmış və təqdirəlayiq hal da hesab olunmuşdur. Belə bir səbəbdən də, yol polisinin rəhbərliyi ilə KİV nümayəndələri arasında səmimiyyətə söykənən münasibət, bu gün də qorunub saxlanmaqdadır. Digər tərəfdən, Ramiz Zeynalovun xarakterik xüsusiyyəti, yüksək insani keyfiyyəti, hər kəsə qarşı, ələlxüsus KİV nümayəndələrinə qarşı diqqətcil olması hər zaman özünü göstərib. Fəxrlə qeyd edə bilərik ki, bu gün rəhbərlik tərəfindən verilmiş tapşırıqlar yol polisi əməkdaşları tərəfindən ən yüksək səviyyədə yerinə yetirilir. Bundan əlavə, yol polisi əməkdaşları vətəndaşlara davranış qaydalarına, sanitar tələblərə əməl etməyi, yol hərəkəti və informasiya təhlükəsizliyinin təmin olunması yöndə üzərinə düşən vəzifələri yerinə yetirməyi, vətəndaş sayıqlığının və səmimiyyətinin artırılması yöndə tövsiyyələrini də çatdırırlar. Hətta sürücüləri, digər yol hərəkət iştirakçılarını intizamlı olmağa, xəta törətməklə bağlı təhlükə yaratmamağa da dəvət edirlər. Sözsüz ki, bütün bunların öz həllini tapmasında BDYPİ rəisinin həyata keçirdiyi müdrik idarəçilik əsas rol oynayır. İnanırıq ki, BDYPİ-nin rəisi, polis general-mayoru cənab Ramiz Zeynalovun peşəkarlığa söykənən fəaliyyəti bu gün olduğu kimi, hər zaman lazımınca dəyərləndiriləcək.
Dünya müsəlmanlarının müqəddəs bayramlarından olan Novruz-Bahar bayramı münasibətilə, redaksiyamızın yaradıcı kollektivi cənab Ramiz Zeynalov başda olmaqla BDYPİ-nin şəxsi heyyətini ürəkdən təbrik edib, hər bir yol polisi əməkdaşına uzun ömür, cansağlığı arzu edirlər. Bayramınız mübarək!
Xəlil XƏLİLOV
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR