Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı ilə əlaqədar təbrik mesajı ünvanlayıb.
AzadMedia.az “Hürriyet”ə istinadən xəbər verir ki, təbrikdə bütün bəşəriyyətə daha firavan, daha ədalətli həyat arzulanıb:
“Baharın müjdəçisi, sülh və qardaşlığın simvolu Novruz gününü təbrik edirəm. Orta Asiyadan Anadolu və Balkanlara qədər geniş coğrafiyada min illərdir coşqu ilə qeyd olunan Novruzun işarə etdiyi birlik və həmrəylik duyğusunun bütün dünyaya kök salmasını və daimi olmasını diləyirəm.
Novruzun cücərtdiyi ümid və həyəcanla həm ölkəmiz, həm bölgəmiz, həm də bütün bəşəriyyət üçün daha firavan, daha ədalətli və daha güvənli gələcəyi qadını və kişisi ilə, gənci və yaşlısı ilə çiyin-çiyinə qurmağa davam edəcəyik.
Novruzun əziz millətimizə və bütün insanlığa əmin-amanlıq, bərəkət və müjdələr gətirməsinə ümid edir, bütün vətəndaşlarımızı səmimi-qəlbdən salamlayıram”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.