Bu gündən etibarən Azərbaycanda 40 yaş üzərində olan vətəndaşlar vaksinasiyaya cəlb olunacaq.
Azadmedia.az xəbər verir ki, bu yaş kateqoriyası üzrə vətəndaşlar koronavirus (“COVID-19”) əleyhinə peyvənd olunacaqlar.
Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-də Çin istehsalı olan “CoronaVAC” peyvəndi ilə başlanılıb. İlk mərhələdə tibb işçiləri, yaşı 65-dən yuxarı olan şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd edilib.
Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə başlanılıb. Strategiyaya uyğun olaraq, ötən ayın 17-dən 50 yaş və daha yuxarı şəxslərin “COVID-19” xəstəliyinə qarşı vaksinasiyası həyata keçirilib.
Son statistikaya görə, hazırkı dövrədək ölkədə 482 664 nəfər koronavirus infeksiyasına qarşı peyvəndlənmə prosesində iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.