AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

40 yaşdan yuxarı vaksinasiya olunacaq şəxslərin qeydiyyatına başlanılıb

  • + A
  • - A
  • 22-03-2021, 12:40


    Azərbaycanda 40 yaşdan yuxarı vaksinasiya olunacaq şəxslərin qeydiyyatına start verilib.
    “Azərbaycan Respublikasında "Covid-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-də başlanan peyvəndlənmə prosesi mərhələli şəkildə davam edir. Strategiyaya əsasən növbəti mərhələdə, bu gündən 40 yaş və daha yuxarı şəxslərin "Covid-19" xəstəliyinə qarşı vaksinasiyasına başlanılır.

    Artıq sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, “COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürə bilərlər.

    Qeyd edək ki, randevu sistemində 40 yaş və yuxarı olan, həmçinin son 1 il ərzində COVİD-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR