Məşhur Məmmədov,
Milli Məclisin deputatıGözəgörünməz düşmənlə mübarizə 1 ildən artıqdır davam edir Pandemiya ərzində 2,7 milyon insanın həyatına son qoyulub. Karonavirusla mübarizədə ən vacib silah peyvənddir. Peyvəndin təchizatı məsələsindəki bərabərsizlik ziddiyyətlərə səbəb olub. Təəssüf ki, Azərbaycan haqsızlığa məruz qalan ölkələrdən biridir.
Azərbaycan peyvənd təminatı ilə məşğul olan beynəlxalq COVAX proqramının üzvü olan ilk ölkələrdən biridir. Lakin COVAX Azərbaycana verdiyi vədə əməl etmir. Bu ilin birinci rübündə satın alınmalı olan peyvəndlər hələ yola salınmayıb.
Azərbaycan pandemiya ilə mübarizədə ön sıradadır. Pandemiya dövründə 30 ölkəyə humanitar dəstək verib. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə edib. Azərbaycan Prezidenti İlham Əliyevin çağırışı ilə Birləşmiş Millətlər Təşkilatının koronavirusla mübarizə üzrə sammiti keçirilib. Cənab Prezident İlham Əliyev bütün çıxışlarında peyvənd bölgüsündə haqsızlığa xüsusi diqqət çəkib.
COVAX-ın vədinə əməl etməməsi, ona olan inamı azaldır, qurumun qeyri-ədalətli olması qənaətinə gəlinir. Ölkələr arasına ayrı-seçkilik salmaq həm demokratiya, həm də humanizm qaydalarına ziddir. Bir ölkəni virusdan qoruyub digər ölkəni gözləmə mövqeyində saxlayanlar unutmasın ki, hər ölkə təhlükəsiz olmadıqca, heç kim təhlükəsiz olmayacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.