Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Daxili İşlər Nazirliyinin Polis Akademiyasının qonağı olub.
Rektor Polis Akademiyasının rəisi, polis polkovniki Canpolad Daanovla görüşüb.
Görüşdə Canpolad Daanov bildirib ki, təhsil müəssisləriarasında ikitərəfli münasibətlər bütün sahələrdə uğurla inkişaf edir, dostluq, tərəfdaşlıq fonunda əməkdaşlığın bütün sahələrini əhatə edir. Polis Akademiyasının rəisi Akademiyanın strukturu, tarixi, tədris prosesi haqqında ətraflı məlumat verib. Akademiyanın digər ölkələrin elm və ali təhsil müəssisələri ilə çox yaxın əlaqələrinin olduğunu qeyd edib.
Rektor Elmar Qasımov səmimi qəbula görə təşəkkürünü bildirib. O, bildirib ki, bu əlaqələri inkişaf etdirmək, elm və təhsil sahəsində ümumi maraqlara əsaslanan əməkdaşlıq əlaqələri qurmaq olduqca mühüm əhəmiyyət kəsb edir.
Görüşdən sonra qonaqlar Polis Akademiyasında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi, həmçinin oxu zalı, elektron kitabxana, kriminalistik təlim şəhərciyi, fənn kabinetləri, idman zalları və yataqxanalarla tanış olublar.
Görüşdə təhsil müəssisələri arasında əməkdaşlıq protokolun layihəsi müzakirə olunub. Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.