AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aprel döyüşləri 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı

  • + A
  • - A
  • 2-04-2021, 09:48

    Aprel döyüşləri 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı
    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    2 aprel - Azərbaycan Ordusunun parlaq tarixi qələbəsinə mayak olan şanlı aprel döyüşlərinin başlamasından beş il ötür.

    5 il əvvəl - 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı.
    Azərbaycan Silahlı Qüvvələrinin bölmələri aprelin əvvəlində qısa müddətdə düşmənin öndə və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirib və qəti zərbələrlə sıradan çıxardı. Uğurlu əməliyyatlar nəticəsində Naftalan şəhərinə təhlükə yaradacaq Talış kəndi istiqamətindəki yüksəkliklər işğalçılardan təmizləndi, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi azad edildi.
    Aprel döyüşləri özgüvənimizi özümüzə qaytardı, illərlə yaradılan “məğlubedilməz erməni ordusu” mifini dağıtdı.
    Aprel qələbəsi eyni zamanda əsgərlərimizin döyüş ruhunun, ordu ilə xalqın birliyinin təcəssümü olub.
    Aprel döyüşlərində əməyi olan hərbçilərimizə uğurlar arzulayır, şəhadətə ucalanlara Allahdan rəhmət diləyirəm.
    Şükürlər olsun ki, Aprel döyüşlərində canlarını Vətən üçün fəda edən oğullarımızın qanı yerdə qalmadı. 2020-ci ilin sentyabrında başlanan 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə peşəkar ordumuz hərb tarixinə yazılacaq şücaət göstərərək torpaqlarımızı erməni işğalçılarından təmizlıdilər, öz qanları, canları bahasına xalqımıza Zəfər Qələbəsuni bəxş etdilər. Xalq öz Ali Baş Komandanı ilə, ordusu ilə qürur duyur. Dünya durduqca torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlırimizin məzarı həmişə müqəddəs and yerinə çevriləcək, onların işıqlı xarirəsi qəlbimizdə yaşayacaq.

    Şəhidlər ölməz, Vətən bölünməz!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR