Ötən gün Prezidentin sərəncamıyla Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təyin edilən yeni sədr Zaur Mikayılov kollektivə təqdim edilib.
Bu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayev aprelin 5-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində yeni sədr Zaur Mikayılovu kollektivə təqdim edib.
Onun sözlərinə görə, təqdimat prosesində qurumun keçmiş sədri Əhməd Əhmədzadə də iştirak edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.