AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq

  • + A
  • - A
  • 11-04-2021, 22:41


    Deputat: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq

    Bu gün çox mühüm bir siyasi hadisələrin astanasındayıq. Dünyanın templi ictimai-siyasi həyatı xalqımız və dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb edən bir hadisəyə istiqamətlənib. Ümummilli lider Heydər Əliyevin zəngin və unikal dövlət idarəçilik məktəbinin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti milli mötivlər və dinamizm prinsiplərinə əsaslanır. Bu siyasət xalqımızın mütləq əksəriyyəti tərəfindən birmənalı olaraq dəstəklənir. Dövlətimizin xarici və daxili siyasətdəki uğurunun əsasında Prezident İlham Əliyevə xalqımızın böyük etimadı, inam və dəstəyi dayanır. Prezidentliyi dövründə dövlətimizin başçısının xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət cəmiyyət tərəfindən tam dəstəklənir.

    Azadmedia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.

    Deputat qeyd edib ki, Prezident İlham Əliyevin daxili və xarici siyasəti Heydər Əliyevin siyasi kursunun davamının bariz nümunəsidir. Dövlətimizin başçısının demokratik ənənələrə söykənən idarəçiliyi sayəsində sosial müdafiənin təşkilinə, yoxsulluğun aradan qaldırılması üçün səmərəli tədbirlərin görülməsinə, yeni iş yerlərinin açılmasına, regionların iqtisadi inkişafı və aqrar islahatların uğurlu mərhələsi ilə bağlı dövlət proqramlarının hazırlanmasına, sahibkarlığa dövlət qayğısının artırılmasına, ölkənin yeni infrastrukturunun yaradılmasına nail olundu. Bu gün bütün bu sadalanan istiqamətlər üzrə ölkəmizdə mühüm nailiyyətlər əldə edilir. Prezident İlham Əliyev daxili siyasətdə olduğu kimi, xarici siyasət sahəsində də düşünülmüş və xalqın maraqlarını özündə əks etdirən səmərəli fəaliyyət həyata keçirir. Dövlətimizin başçısının xarici siyasətdə yerinə yetirdiyi layihələr digər dövlətlərin Azərbaycana inamını, etimadını gücləndirir, onun milli təhlükəsizliyinə beynəlxalq təminatı daha da artırır. Bu gün respublikamızın xarici ölkələrlə münasibətləri dinamik inkişaf edir. Xarici siyasət, eləcə də qlobal iqtisadi layihələrin reallaşdırılması sahəsində həyata keçirilən tədbirlər Azərbaycanın milli təhlükəsizliyinə beynəlxalq təminatı daha da gücləndirir.
    “2018-2021-ci illər ərzində Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan xarici ölkələrin dövlət başçıları və çoxsaylı nümayəndələri ilə görüşlər keçirib. Dövlətimizin başçısının xüsusilə müharibə zamanı və daha sonra verdiyi müsahibələr, keçirdiyi mətbuat konfransı, çıxışlar ölkə başçısının bütün dünyaya siyasi iradəsini bir daha göstərdi. Ən əsası Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın 30 illik həsrətinə son qoyuldu. Bəli bütün dünya da gördü ki, Azərbaycan öz mübarizəsində sonadək savaşdı. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə aparılan islahatlar öz nəticəsini verəcək, biz gücümüzə güc qataraq daha böyük uğurlara imza atacağıq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR