AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ADAU Ankara Universiteti ilə birgə proqramla çıxış edəcək

  • + A
  • - A
  • 15-04-2021, 21:43


    ADAU Ankara Universiteti ilə birgə proqramla çıxış edəcək.
    Bu barədə ADAU-nun rektoru, professor İbrahim Cəfərov məlumat verib.
    Rektor qeyd edib ki, pandemiya təhsildə də bizdən yeni yanaşmalar tələb edir. Məlum səbəblərdən ənənəvi dərslər keçə bilmirik, hər şey online sistem üzərində qurulmuşdur. Yeni innovativ düşüncələrə malik, yüksək təhsilli ustad müəllimlərin online mühazirə və praktiki dərslərə qatılması zəruridir. İ.Cəfərovun söylədiklərinə görə bir ay müddətində Ankara Universiteti ilə apardıqları danışıqlar öz bəhrəsini verib. Başda universitetin rektoru hörmətli professor, Dr. Necdet Ünüvar olmaqla, baytarlıq təbabəti fakültəsinin dekanı professor , Dr.Ender Yarsan, klinik bilimləri bölüm başqanı professor, Dr.Ali Bumin və fakültə əməkdaşları bu işə böyük dəstək verdilər.
    İbrahim müəllim bu proqramın aprel ayının 15-dən may ayının 27-dək davam edəcəyini, proqram üzrə 32 professor və dosentlərin 44 dərs aparacaqlarını bildirdi. ADAU-dan Azadmedia.az-a verilən məlumata görə açılış törəni bu gün başladı və sonra fakültə dekanı hörmətli professor Dr.Ender Yarsan “Baytarlıq həkimliyində antibiotiklərin istifadəsi” adlı maraqlı bir mühazirə söylədi, sonda suallardan sonra rektor İ.Cəfərov bütün proqram iştirakçılarına təşəkkür çıxışı etdi və hər kəsə uğurlar dilədi. Universitetin mətbuat xidmətindən verilən məlumata görə açılışda Kənd Təsərrüfatı nazirliyinin elm və təhsil sektorunun müdiri Emin Əliyev də iştirak etdi, təbrik nitqi söylədi və Baytarlıq təbabəti fakültəsinin müəllimi Küşvər xanım Məmmədovaya təşkilati işlər üçün təşəkkür etdi.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR