AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan və Türkiyə kapital bazarında da əməkdaşlıq edəcək

  • + A
  • - A
  • 23-04-2021, 17:35


    Azərbaycan Respublikasının Mərkəzi Bankı ilə Türkiyə Kapital Bazarları Şurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

    Mərkəzi Bankdan verilən məlumata əsasən, memorandumun məqsədi hər iki ölkənin milli qanunvericiliklərinin tələbləri nəzərə alınmaqla kapital bazarları sahəsində requlyativ əməkdaşlığın inkişaf etdirilməsi, təcrübə mübadiləsinin təşkili, araşdırmaların aparılmasında dəstək və məlumat mübadiləsinin təmin edilməsi üçün zəruri çərçivənin formalaşdırılmasından ibarətdir.

    İmzalanmış Memoranduma əsasən hər iki qurum arasında kapital bazarlarının inkişafı istiqamətində təcrübə mübadiləsinin aparılması, birgə tədqiqat işlərinin reallaşdırılması, təlim proqramlarının keçirilməsi, məsləhət xidmətinin göstərilməsi nəzərdə tutulur. Eyni zamanda Memorandum çərçivəsində tərəflər arasında hər iki ölkədə baş verən iqtisadi və maliyyə proseslərinə, kapital bazarları məsələlərinə dair məlumat və fikir mübadiləsi aparılacaq.

    Qeyd edilib ki, imzalanmış bu memorandum iki qardaş ölkənin bütün istiqamətlərdə olduğu kimi, maliyyə sektorunda da əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək, həm kapital bazarlarının, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR