AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Eurohome”un direktoru məhkəmə zalında həbs edildi

  • + A
  • - A
  • 27-04-2021, 16:53


    Ötən ilin may ayında “Eurohome” ticarət mərkəzində baş verən yanğına görə şirkətin direktoru Samir Məmmədov məhkəmə zalında həbs edilib.

    Həmin yanğınla bağlı Binəqədi rayon prokurorluğunda başlanan cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəməyə göndərilib.

    Həmin iş üzrə Samir Məmmədovla yanaşı şirkətin vəzifəli şəxsi Amil Salmanov da cinayət məsuliyyətinə cəlb edilib. İstintaq zamanı onlar barəsində həbs qərarı verilməyib. Aprelin 6-na təyin edilən ilkin hazırlıq iclası təxirə salınıb.

    Dünən baş tutan iclasda hakim Aygün Qurbanova təqsirləndirilən Samir Məmmədovun barəsində həbs qətimkan tədbiri qərarı seçib. O, məhkəmə zalında həbs edilib.

    Məhkəmənin baxış iclası mayın 6-da keçiriləcək. İş üzrə “Eurohome” ticarət mərkəzində mağazası olan 125 sahibkar zərərçəkmiş kimi tanınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR