Mart ayı üçün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişi başa çatdırılıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, Novruz bayramı ilə əlaqədar mart ayı üzrə bütün pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımların ödənişi təmin edilib.
Hələ mart ayının 5-16-sı aralığında ölkə üzrə bütün pensiyalar, son günlərdə isə digər sosial ödənişlər vətəndaşların hesablarına köçürülüb.
Beləliklə, mart ayının pensiya, müavinət, təqaüd, kompensasiya və ünvanlı sosial yardımlarının ödənişinin qrafikdən əvvəl olmaqla, bayramaqədərki günlərdə həyata keçirilməsi təmin olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.