08 may 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbənin birgə təşkilatçılığı, Yevlax şəhər Təhsil şöbəsinin, Yevlax şəhər Gənclər və İdman İdarəsinin, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin iştirakı ilə “Heydər Əliyev dühası qələbələrimizin rəhnidir” mövzusunda videokonfrans formatında tədbir keçirilib. Tədbirdə YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev, DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Fərid Vaqifli, “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, məktəb rəhbərləri və gənclər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının aparat rəhbəri Rafiq Əliyev Azərbaycanın dövlət müstəqilyini yenidən bərpa etdiyi illərdə yaşadığı durumu birdaha xatırlayaraq, ölkədə xaosun, anarxiyanın, özbaşınalıqın baş alıb getdiyi, torpalarımızın bir-birinin ardınca ermənilər tərəfindən işğal edildiyi, Azərbaycan adlı dövlətin varlığının sual altında qaldığı bir zamanda xalqın səsinə səs verən dahi şəxsiyyət Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni bir mərhələnin əsasının qoyulduğunu və bu tarixi günün xalqın həyatında Milli Qurtuluş Günü olduğunu qeyd etmişdir.
Çıxış edən “Kür” qəzetinin baş redaktoru Əminə Əhmədova Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanı, öz xalqını, torpağını hər şeydən üstün tutduğunu və Azərbaycanın bir dövlət olaraq dünyada tanınmasını, yeri və rolunun möhkəmlənməsini özü üçün yeganə həyat amalı seçdiyini diqqətə çatdırmışdır.
Daha sonra çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı Fərid Vaqifli Ulu öndər Heydər Əliyevin böyük qətiyyəti, siyasi iradəsi ilə xilaskarlıq missiyasını yerinə yetirdiyini, yeni, müasir Azərbaycan qurduğunu bildirərək, məhz Qurtuluşdan başlanan yolun Azərbaycanın bugünkü reallığı olduğunu vurğulamışdır.
Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova çıxış edrək ölkəmizin dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəldiyini diqqətə çatdırmışdır.
Çıxış edən Yevlax rayon Səmədabad kənd orta məktəbinin direktoru Səxavət İsmayılov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət və müdrik dövlət xadimi olduğun qeyd edərək bildirmişdir ki, bu gün müstəqil Azərbaycan dövləti Heydər Əliyev şəxsiyyətinin bizlər üçün ən böyük mirasıdır.
YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı XX əsr Azərbaycan tarixinə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi olduğumuzu və milli şüurun oyanışının Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladığını və müstəqilliyimizin məhz onun sayəsində əbədi və dönməz xarakter aldığını qeyd etmişdir.