Yevlax Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatı ,Yevlax şəhər Gənclər və İdman İdarəsi və Gənclər Evi Sosial Xidmət Müəssisəsi ilə 2 Fevral Gənclər Günü münasibəti ilə videokonfrans keçirmişdir.
Videokonfransı giriş sözü ilə Yevlax şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə Əzizova açaraq Gənclər Günü münasibəti ilə gəncləri təbrik etmiş, əsası Ulu öndər tərəfindən qoyulmuş və bugün cənab Prezident tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən danışmış, rayonda Gənclərin inkişafı üçün yaradılan şəraitdan bəhs edən geniş məruzə ilə çıxış etmişdir. Sonra çıxış üçün söz alan Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi Binyamin Musayev ölkəmizdə uğurla davam etdirilən Gənclər və İdman siyasətindən söz açaraq, gənclərin inkişafı, idmanın kütləviliyi istiqamətində rayonda görülmüş işlərdən və əldə edilmiş uğurlardan bəhs etmişdir. Daha sonra “Kür” qəzetinin baş redaktoru, YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova gəncləri təbrik etdikdən sonra, Qadınlar Şurasının gənc qadınların fəallığının artırılmasını, onların ictimi-siyasi proseslərdə aktivliyini qeyd edərək Qadınlar Şurasının bundan sonrada gənclərlə işə üstünlük verəcəyini, onların YAP-ın fəaliyyətində, ölkəmizdə və rayonumuzda bütün ictimai-siyasi proseslərdə aktiv iştirakına daha da yaxından cəlb ediləcəyini bildirmişdir. Daha sonra YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev, “Gənclər Evi “ sosial xidmət müəssisəsinin direktoru Elgün Əzizov, Gənclərin Karyera və İnkişaf Mərkəzinin direktoru Elvin Əjdərli, Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova, YAP Yevlax rayon təşkilatı Gənclər Birliyinin sədri Maqsud Süleymanlı öz çıxışlarında gəncləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzu etdilər. Videokonfransadan sonra rayonda fəallığı ilə seçilən, Vətən müharibəsində iştirak edərək şücaəti ilə fərqlənən, yeniyetmə və gənclərin tərbiyəsində fəal iştirak edən gənclər Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən, Yevlax şəhər Gənclər və İdman İdarəsi və YAP Yevlax rayon təşkilatı tərfindən fəxri-fərman və qiymətli hədiyyələrlə təltif olundular.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.