AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyevlə Vladimir Putin arasında telefon danışığı olub

  • + A
  • - A
  • 10-05-2021, 15:21



    Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.

    Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

    Hər iki ölkə başçıları faşizm üzərində qələbə günü münasibətilə bir-birlərini təbrik ediblər.

    “Telefon danışığı zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Vətən Müharibəsindəki Qələbənin 76-cı ildönümü münasibətilə bir-birlərini səmimi qəlbdən təbrik ediblər və hər iki ölkənin qəhrəmanlıq xatirəsini müqəddəs şəkildə ehtiramla yad etdiyini, misilsiz qəhrəmanlıq və fədakarlıq göstərən veteranlara dərin minnətdarlıqlarını bildiriblər”, - deyə məlumatda qeyd edilir.

    Prezidentlər Rusiya-Azərbaycan əməkdaşlığının hərtərəfli inkişaf etdirməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini təsdiqləyiblər və müxtəlif səviyyələrdə əlaqələrin inkişafı barədə razılığa gəliblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR