Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Liderlər telefon söhbəti zamanı Qarabağdakı vəziyyəti müzakirə ediblər.
“Məmnunluqla qeyd olunub ki, vəziyyət ümumilikdə stabildir, atəşkəs rejimi isə ciddi şəkildə gözlənilir”, - deyə Kremldən bildirilib.
Tərəflər həmçinin koronavirusla mübarizə sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.