AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: “Ümid edirik ki, UNESCO gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”

  • + A
  • - A
  • 20-05-2021, 23:19


    “Biz ümid edirik ki, UNESCO missiyası gələn ay Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə gələcək”.

    Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.

    İlham Əliyev deyib ki, Azərbaycan UNESCO-nu uzun illərdir işğal olunmuş ərazilərə səfərə dəvət edib.

    “Ancaq biz cavab almışıq ki, UNESCO siyasi münaqişələrə qarışmır. Beləliklə, işğal müddətində Qarabağda UNESCO-nun missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi bitən kimi UNESCO-dan bu ərazilərə ziyarət üçün müraciətlər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə sevindim. İndi onların gəlməsi üçün UNESCO ilə logistik məsələlər üzrə danışıqların son mərhələsindəyik”, - deyə Prezident əlavə edib.

    Dövlət başçısı daha sonra bildirib:

    “Biz istəyirik ki, onlar ermənilərin mədəni irsimizə nə etdiklərini görsünlər”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR