AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolu xüsusi yer tutur

  • + A
  • - A
  • 27-05-2021, 13:39


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    1918-ci il 28 may tariximizin ən şanlı səhifələrindən biridir. Şərqdə ilk demokratik dövlət quruluşu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edib. Bu, xalqımızın müstəqillik əzminin nümayiş etdirilməsi idi. Artıq bu şanlı tarixdən 103 il zaman ayırır bizi.
    28 May – Respublika Günü yaxınlaşır. Bu əlamətdar gün münasibətilə artıq Azərbaycan Prezidenti cənab İlham Əliyevə dünyanın aparıcı ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin təbrik məktubları ünvanlanır.
    Bu məktublar Azərbaycan Prezidentinin dünyada nüfuzu, onun fəaliyyətinə verilən yüksək qiymət, habelə Azərbaycanın dünyada nüfuzu, beynəlxalq münasibətlərdə önəmli rolu, qlobal iqtisadi və humanitar layihələrdə liderliyi, siyasi və iqtisadi potensialının nəticəsidir.
    28 May tarixini hər il Azərbaycan xalqı böyük sevinc hissi ilə əlamətdar hadisə kimi qeyd edir. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsində mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yeni tarixi şəraitdə dövlət müstəqilliyini bərpa etdikdən sonra Xalq Cümhuriyyətinin ənənələrini yaşadaraq, müstəqil Azərbaycan dövlətinin azadlığını əbədi edib.
    İllərdən bəri ilk dəfə qalib dövlətin məğrur vətəndaşı kimi qarşılamağa hazırlaşırıq. Bu bayram xalqımız üçün ən əziz, mötəbər bayramlardandır. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan şükürlər olsun ki, öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi.
    Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

    Prezident İlham Əliyev Ümummilli Liderin bu siyasətini uğurla davam etdirir.

    Bu əlamətdar tarixi gün münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik, millətimizə isə bu yolda əzmkarlıq və güc birliyi arzulayıram. Arzu edirəm çətinliklərlə əldə edilən müstəqilliyimiz əbədi olsun!

    28 may - Respublika Gününüz mübarək olsun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR