Afrikada koronavirus meşə yanğını kimi yayılır və bu, gələcəkdə yeni mutasiyalara gətirib çıxara bilər.
Azadmedia.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib. Onun sözlərinə görə, yeni mutasiyalara qarşı vaksinlər effektiv olmaya bilər.
O, bu təhlükəli situasiyada qlobal şimal kimi, qlobal cənubun da yer alacağını bildirib:
“Mikroskopik virus artıq 4 milyon adamı öldürüb. O, bütün dünyada iqtisadiyyatı ciddi şəkildə sarsıdıb. Biz hələ də bu virusa qalib gəlməmişik. Təkcə AB-də 100 nəfərə 67,8 peyvənd dozası düşür, Afrikada bu rəqəm 1,8 dozadır”.