AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kaliforniya tarixinin ən güclü yanğını

  • + A
  • - A
  • 8-08-2018, 11:22

    Kaliforniya tarixinin ən güclü yanğını















    Son bir həftə ərzində geniş əraziyə yayılan “Mendosino” yanğını ABŞ-ın Kaliforniya ştatının tarixində baş vermiş 8 yanğından ən böyüyü kimi qeydə alınıb.
    Kaliforniya ştatının Meşə Təsərrüfatı və Yanğın Mühafizə İdarəsinin məlumatına görə, yanğın 283 min 800 akr ərazini əhatə edib. Müqayisə üçün qeyd edək ki, 2017-ci ilin sonunda baş vermiş sonuncu – “Tomas” yanğını nəticəsində 281 min 947 akr ərazi yanaraq külə çevrilmişdi. Yanğınsöndürənlər cəmi 30 faiz ərazidə alovu söndürə biliblər. Hazırda yanğın yeni ərazilərə yayılır.
    Güclü meşə yanğını ilə əlaqədar Mendosino, Leyk və Kolusa əyalətlərinin sakinləri təxliyə olunub. “Mendosino” yanğını artıq 143 binanı, o cümlədən 75 fərdi evi məhv edib. Kaliforniya ştatının Meşə Təsərrüfatı və Yanğın Mühafizə İdarəsinin məlumatına görə, daha 11 min obyekt təhlükə altındadır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR