Xəbər verdiyimiz kimi, Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.
AzadMedi.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, həmin erməni hərbçilərinin olduğu təyyarə Bakıdan Yerevana uçub.
Ötən il noyabrın sonunda əsir götürülmüş 15 erməni hərbçidən 12-sinin adları da məlumdur: Akopyan Volodya Qagikoviç, Asatryan Gevorq Norayroviç, Qasparyan Qor Vaqramoviç, Yenqoyan Sisak Qrişayeviç, Karapetyan Yuri Tiqranoviç, Maxtesyan Edqar Vaçaqanoviç, Minasyan Aram Qarnikoviç, Minasyan Mkrtıç Simonoviç, Petrosyan Albert Kamoyeviç, Poqosyan Armen Yeqizaroviç, Sedrakyan Romik Misakoviç, Sefilyan Kamo Karenoviç.
Məlumata görə, onları Rusiya sülhməramlı kontingentinin komandanı, general-leytenant Rüstəm Muradov müşayiət edir.
15 erməni hərbçidən ibarət əvvəlki qrup iyunun 12-də Ermənistana qayıdıb. Erməni hərbçilərinin təhvil verilməsi Azərbaycan-Gürcüstan sərhədində olub. Onda Ağdamın mina xəritələri Azərbaycan tərəfinə təqdim edilmişdi.
***
Təyyarə Yerevanın "Erebuni" aeroportunda eniş edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.