AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Astarada 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı - Yenilənib

  • + A
  • - A
  • 21-07-2021, 14:10

    Astarada 16 yaşlı qızın nişan mərasiminin qarşısı alındı - Yenilənib


    Astara rayonu Rüdəkənar kəndində 16 yaşlı qız 30 yaşlı oğlana ərə verilir.

    Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə "Facebook" səhifəsində yazıb. O bildirib ki, bu gün saat 2-də nişan mərasimi keçiriləcək:

    "16 yaşı hələ tamam olmayan S.nın 30 yaşlı Lənkəran sakini İsmayılla nişanıdır!!! Sabah da qız toyudur. Kəndin icra nümayəndəsi ilə də uzaq qohumdur.

    Astara rayonu Rüdəkənar kəndinin sakini 30.07.2005-ci il təvəllüdlü M.S.nı Lənkəranda "pojarnik" işləyən 30 yaşlı İsmayıla nişanlayırlar!

    İndi müsahibə verib deyəcəklər ki, vallah ad eləyirik, toyunu yaşı tamam olanda edəcəyik!!!".

    ***

    Astara Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Firəngiz Sadıxova APA-ya bildirib ki, kəndin icra nümayəndəsi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri və Rayon Polis Şöbəsinin əməkdaşları nişan mərasiminin keçirilməsinin planlaşdırıldığı rayonun Rudəkənar kəndində Azad Məmmədova məxsus evə gediblər.

    Nəticədə mərasimin qarşısı alınıb. S. Məmmədova və onun valideyni ilə profilaktik söhbət aparılıb, təlimatlar verilib.

    Faktla bağlı sənədlər hazırlanaraq Astara Rayon Prokurorluğuna göndərilib.

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu də bildirib ki, faktla bağlı lazımi tədbirlər görülüb, nişan mərasiminin qarşısı alınıb.

    T. Mərdanoğlu qeyd edib ki, Dövlət Komitəsi tərəfindən erkən nikah faktlarının qarşının alınması üçün daima tədbirlər həyata keçirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR