AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

JİRİNOVSKİNİN NÖVBƏTİ SƏRSƏMLƏMƏSİ

  • + A
  • - A
  • 1-08-2021, 09:57


    Ceyhun Məmmədov,
    Milli Məclisin deputatı

    Keçmiş sovet respublikaları xalqlarına hər zaman düşmənçiliyi və dil uzatmağı ilə seçilən Jirinovski yenidən sərsəmləyib. Bu adamın əsas işi digər ölkələrin daxili işinə qarışmaq, onları təhqir etmək və aşağılamaqdır.
    Söyüşkən, jarqon ifadələrdən öz çıxışlarında davamlı istifadə edən Jirinovski normal polemika aparmaq qabiliyyətinə malik deyil. Dəvət edildiyi bütün verilişlərdə aparıcıları aşağılayır. Onun təhqir etmədiyi, söymədiyi siyasətçi, ictimai xadim və veriliş aparıcısı qalmayıb.
    Əsas ritorikası söyüş və təhqir olan bu şəxs hələ də anlamır ki, bu sərsəm bəyanatları ilə Rusiya ilə keçmiş sovet respublikaları arasında münasibətləri korlayır. Yaxşı olardı ki o bu enerjini xalqlar arasına nifaq və düşmənçilik salmağa, onları aşağılamağa və təhqirə deyil, dostluq və əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə sərf edəydi.
    Jirinovski anlamaladır ki, artıq sovet ittifaqı yoxdur, Azərbaycan suveren, müstəqil respublikadır və onun daxili işlərinə heç kim qarışa bilməz. Jirinovskiyə xatırlatmaq lazımdır ki, Azərbaycan banan respublikası deyil və Azərbaycan xalqı ona uzanan dili və əli kəsməyə qadirdir. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bunu bir daha nümayiş etdirdi.
    Azərbaycan Ermənistandan fərqli olaraq hər zaman Rusiya ilə dostluğun və əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm verib. Rusiya ilə münasibətlərdə səmimi və açıq olub. Ermənistan isə hər zaman ikili oyun oynayıb, xəyanət edib. Necə ki bu gün bunu yenə edir.
    Prezident İlham Əliyev dəfələrlə Rusiya Prezidenti ilə dostluq əlaqələrinə malik olduğunu vurğulayıb. Azərbaycan-Rusiya münasibətləri davamlı inkişaf edir. Bu əlaqələrin inkişafına heç kim xələl gətirə bilməz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR