Milli Məclisdə polisə qarşı zor tətbiq etdiyi üçün barəsində cinayət işi açılan deputat Eldəniz Səlimovun toxunulmazlıq hüququ ləğv edilib.
Deputatın yaxınlarından verilən məlumata görə, toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili törətdiyi əmələ görə artıq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. Belə ki, E.Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq.
Qeyd edək ki, iyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.