Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşməyə hazır olduğunu bəyan edib.
AzadMedia.az İnterfaks-a istinadla xəbər verir ki, Nikol Paşinyan Qarabağla bağlı danışıqlar və regional vəziyyətin həlli üçün belə bir görüşün vacibliyini vurğulayıb.
"İrəvan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətinin bərpasına hazırdır”, - N.Paşinyan söyləyib.
Hökumət iclası zamanı Paşinyan Ermənistanın Azərbaycanla yüksək səviyyədə danışıqlar prosesində iştirak etməyə hazır olduğunu bildirərək, Ermənistan tərəfinin konkret təkliflər gözlədiyini qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.