Antalyadan Bakıya uçacaq təyyarə texniki səbəblərdən geri qayıdıb
Antalya-Bakı marşrutu üzrə reysin yerinə yetirilməsinə hazırlaşan “Azərbaycan Hava Yolları” aviaşirkətinin “Airbus A320” təyyarəsi texniki səbəblərdən dayanacağa qayıdıb.
Azadmedia.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Sərnişinlərin daşınması üçün Bakıdan başqa təyyarə göndəriləcək.
Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin ediləcək.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR