Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatının keçirildiyi bölgədə fəaliyyət göstərən birləşmələri PKK/YPG terror təşkilatına növbəti dəfə ağır zərbə vurublar.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Türk ordusu birliklərinin yerləşdiyi əraziyə keçmək istəyən terrorçu qrup zərərsizləşdirilib. Qabaqlayıcı tədbir nəticəsində 11 nəfər PKK/YPG terrorçusu məhv edilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.