“Azərbaycanlı qardaşlarımızın qəlbindəki 30 illik kədəri böyük bir sevincə çevirən prosesin fitilinin alovlandığı günün adıdır 27 sentyabr…” - ALTUN
Azadmedia.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Anım Günü ilə bağlı paylaşım edib.
O, “Twitter” hesabındakı paylaşımda “Azərbaycanlı qardaşlarımızın qəlbindəki 30 illik kədəri böyük bir sevincə çevirən prosesin fitilinin alovlandığı günün adıdır 27 sentyabr… Ermənistanın qanunsuz işğalına cavab olaraq qardaş Azərbaycan beynəlxalq hüquqdan irəli gələn qanuni hüquqlarından istifadə edərək əməliyyata başladı.
Ordusu və xalqı ilə birlikdə çox qısa müddətdə böyük bir dastan yazaraq Qarabağı işğaldan azad edən qardaş Azərbaycanı və xalqını qazandığı zəfərin ildönümü münasibətilə təbrik edirəm. 84 milyon olaraq ortaq tarixi və dəyərləri paylaşdığımız Azərbaycanın sevincini paylaşırıq.
Türkiyə olaraq hər zaman bütün imkanlarımızla Azərbaycanın yanında olduq. Güclü dəstəyimizin ən əhəmiyyətli faktoru olan müdafiə sənayemizin meydandakı oyun dəyişdirmə təsiri Liviya və Suriyadan sonra Qarabağda da qələbəyə aparan prosesdə ən vacib faktorlardan biri olmuşdur.
Cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında milli texnologiya həmləsi ilə təsirli və dəyişdirici gedişlər edən müdafiə sənayesi ilə dünya müharibə tarixinə təsir edən ölkəmiz Qarabağda olduğu kimi hər zaman bütün dostlarının və qardaş ölkələrin yanında olmağa davam edəcək”, - deyə bildirib.