Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter" hesabında 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
AzadMedia.az xəbər verir ki, paylaşımda deyilir:
"Tarixin ən qanlı günlərindən olan 31 mart 1918 -ci ildə Azərbaycanlı qardaşlarımıza yönəlmiş qətliamın törədildiyi Azərbaycanlıların Soyqırımı Gününün qurbanlarını rəhmətlə anıram. Haqlı mücadilələrində hər zaman Azərbaycan xalqının yanında olmağa davam edəcəyik".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.