"Gürcüstan və Ukrayna NATO-ya daxil olacaq, amma bu, sabah olmayacaq".
Bunu NATO-nun baş katibi Yens Stoltenberq açıqlayıb.
O, qeyd edib ki, bu məsələ yaxın gələcəkdə həll oluna biləcək:
"Düşünürəm ki, Gürcüstan və Ukraynaya üzvlüyün sabah olmayacağı açıqdır, amma onlar da qoşulacaq".
Stoltenberq onu da bildirib ki, ittifaq Kiyev və Tiflisə dəstəyini artırmalı və onlarla əməkdaşlığı gücləndirməlidir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.