
Ukrayna və Gürcüstan indiyə qədər NATO-ya Rusiyanın verəcəyi reaksiyadan ehtiyat edildiyi üçün üzv qəbul edilməyiblər.
Azadmedia.az xəbər verir ki, bunu NATO Baş katibinin keçmiş müavini Aleksandr Verşbou deyib.
“NATO üzvləri 2008-ci ildən Ukrayna və Gürcüstanın qurumun üzvü olacağı ilə bağlı vədləri təkrarlayırlar, amma onlar irəliləməyə xüsusi arzu nümayiş etdirmirlər. Onlar Rusiya tərəfindən yeni aqressiyanın olacağından ehtiyat edirlər”, – deyə o bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.