AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Şəhər nəqliyyatı” aylıq icmal - HESABAT

  • + A
  • - A
  • 10-11-2021, 14:59


    Ötən ay paytaxtda müntəzəm marşrut xətləri üzrə avtobusların avtobusların “BakıKarta” inteqrasiyası davam etdirilib.

    Ay ərzində daha 5 marşrut xəttində gediş haqqının BakıKartla ödənişi təmin edilib. Nəticədə marşrut şəbəkəsində dövriyənin 49 %-i şəffaflaşdırılıb. Vətəndaş müraciətləri nəzərə alınaraq 5 marşrut xətti üzrə avtobusların hərəkət sxemi təkmilləşdirilib, 3 yeni marşrut xətti təşkil edilib. 1 marşrut xəttinin fəaliyyəti isə bərpa edilib. Bunun sayəsində Qaradağ rayonun müxtəlif qəsəbələri üzrə sakinlərin ictimai nəqliyyata olan əlçatanlığı artırılıb. Ay ərzində müntəzəm marşrut xətləri üzrə ümumi səyahət sayı 49.9 milyon olub.

    Hesabat dövründə 50 küçə və prospektdə 360-dan artıq yol nişanı quraşdılıb. Ümumilikdə son 10 ayda yol nişanları üzrə illik hədəfin 71%-i yerinə yetirilib. 41 yol kəsişməsində quraşdırılan üstünlük nişanları sayəsində təhlükəsizlik artırılıb, yol nəqliyyat hadisələrinin baş vermə riski azaldılıb. 1 küçədə sürət həddi optimallaşdırılıb. 40-dan artıq küçə və prospektdə piyada keçidləri yenilənib. Daha 3 küçədə yeni piyada keçidləri təşkil edilib 2-məntəqədə isə svetofora piyada keçidi seksiyası quraşdırılıb. 28 küçədə hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Vətəndaşların rahatlığı üçün 40-a yaxın ünvanda avtobus dayanacaq məntəqəsi quraşdırılıb. Nəqliyyat axının nizamlanması məqsədilə 3 kəsişmədə sarı kəsişmə toru təşkil edilib. Əlçatanlığın təmin olunması məqsədilə 8 küçə və prospektdə pandus, tumba və məhəccər quraşdırılıb. 2 küçədə isə “İdeal səki” quraşdırılıb. 2 orta məktən binasının ətrafında hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Nəticədə 1200 nəfərə yaxın şagirdin, pedaqoji heyyətin, eləcə də valideyinin təhsil nüəssisəsinə gediş-gəlişi daha təhlükəsiz olub.

    Oktyabr ayında BakıNəqliyyat Agentliyinə 2046 vətəndaş müraciəti daxil olub. Ümumi vətəndaş müraciətlərinin cavablandırılması son 10 ayda 90 % -ə çatıb. Ötən ay “ALO141” Çağrı Mərkəzi vasitəsilə 7988 müraciət cavablandırılıb. Sosial şəbəkələr üzərindən də daxil olan vətəndaş müraciətləri də diqqətdə saxlanılıb. Agentliyin rəsmi sosial şəbəkə hesablarından daxil olan 873 vətəndaş müraciəti təmin edilib. Müraciəti təmin edilən 100 nəfərdən artıq vətəndaş Agentliyə məmnunluğunu bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR