AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kallas Aİ ölkələrini hava hücumundan müdafiə raketlərini Ukraynaya verməyə çağırıb

  • + A
  • - A
  • Bu gün, 15:06

    Kallas Aİ ölkələrini hava hücumundan müdafiə raketlərini Ukraynaya verməyə çağırıb


    Kallas Aİ ölkələrini hava hücumundan müdafiə raketlərini Ukraynaya verməyə çağırıb



    Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları qalan Aİ ölkələrini onları təcili olaraq Ukraynaya göndərməyə çağırıb.

    Kallas bildirib ki, hazırda Ukraynanın hava hücumundan müdafiə vasitələrinə təcili ehtiyacı var. Onun sözlərinə görə, ehtiyatlarında Patriot raketləri qalan ölkələr həmin raketləri Ukraynaya verə və gələcəkdə yeni istehsal olunacaq raketlərlə ehtiyatlarını yeniləyə bilərlər.

    “Ukraynanın hava hücumundan müdafiəyə təcili ehtiyacı var. Hələ də Patriot raketləri ehtiyatında olan ölkələri onları təcili şəkildə Ukraynaya verməyə çağırırıq ki, daha sonra yeni istehsal olunmuş raketlər əldə edə bilsinlər”, – Kallas Aİ müdafiə nazirlərinin görüşünə gələrkən bildirib.

    Bu çağırışın ilk növbədə Yunanıstan və İspaniyaya aid olduğu bildirilir. Avropa mediasının məlumatına görə, hər iki ölkənin müəyyən Patriot raketi ehtiyatları qalır.

    Daha əvvəl Politico qəzeti Yunanıstanın arsenalında olan bəzi raketlərin istifadə müddətinin başa çatmaq üzrə olduğunu yazmışdı. Lakin Afina Ukraynaya özünün son strateji ehtiyatlarını verməyə hazır deyil.

    Yunanıstan hakimiyyəti hesab edir ki, belə bir addım ölkənin Türkiyə ilə mümkün münaqişə zamanı müdafiə imkanlarını zəiflədə bilər. Bundan əlavə, qlobal hava hücumundan müdafiə vasitələri çatışmazlığı fonunda yeni raketlərin nə vaxt tədarük ediləcəyinin dəqiq məlum olmaması Afinanın narahatlığını artırır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR