AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir mətbuat katibinə yüksək vəzifə verdi

  • + A
  • - A
  • 10-11-2021, 18:20

    Nazir mətbuat katibinə yüksək vəzifə verdi

    Azərbaycan Respublikası Maliyyə Nazirliyində yeni yaradılmış İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

    AzadMedia.az-ın əldə etdiyi məlumata görə, maliyyə nazirinin müvafiq əmrinə əsasən bu vəzifəyə Mayis Piriyev təyin olunub.

    O, indiyə qədər Maliyyə Nazirliyinin mətbuat katibi vəzifəsini icra edib.

    Qeyd edək ki, M.Piriyev Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, müxtəlif illərdə “Yeni Azərbaycan” qəzetində, İctimai Televiziya və Radio yayımları şirkətində çalışıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR