AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu: “Bizim davamız sadəcə bir Azərbaycan davası deyil, 300 milyon Türkün davasıdır” - Özəl

  • + A
  • - A
  • 16-11-2021, 17:43

    AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu:  “Bizim davamız sadəcə bir Azərbaycan davası deyil, 300 milyon Türkün davasıdır” - Özəl


    “Biz öz külümüzdən közərəcəyik..”

    Bizim davamız demokratiya və ya avtoritarizm davası deyildir, Turan davasıdır, Ədalət və Haqq davasıdır. Bu sözləri Azadmedia.az-a AMEA-nın əməkdaşı Yasəmən Qaraqoyunlu deyib.


    Anadolu və Qafqazda, Güney Azərbaycanda İngiltərə, Fransa, Rusiya, Amerikanın dəstəklədiyi və silahlandırdığı ermənilərin 1890-1922 ci illər ərzində soyqırıma uğratdığı 6 milyon türkün faciəsini bir düşünün.

    Azərbaycanı işğal edən 70 minlik 11 - ci Rus Bolşevik ordusuna qarşı savaşmış və şəhid olmuş 350 Cümhuriyyət əsgərini düşünün. Bu əsgərlərin dönməzliyini düşünün.

    Sibirdə Leninin yaratdığı Selevki həbs düşərgəsində işgəncələrlə öldürülən, əsla Vətənini, İdeyasını satmayan minlərlə Müsavatçıları düşünün.

    1918-1947 ci illərə qədər repressiyaya məruz qalmış 400 min soydaşımızı düşünün.

    Erməni Nemezes təşkilatının Cümhuriyyət liderlərinə qarşı həyata keçirdiyi terroru düşünün. Stalin-Kirov-ponkratov- Orconikidze-Mikoyan-Mirzoyan çətəsinin Azərbaycan Xalq Cümhuriyyətindən aldığı qisası düşünün.

    Vaqonlara mindirilib Sibirə, Qazaxıstana sürgün olunmuş soydaşlarımızı düşünün

    II dünya müharibəsində SSRİ üçün, Ruslar üçün şəhid olmuş 350 min soydaşımızı düşünün.

    SSRİ daxilimdə baş verən repressiyalarda qətl edilmiş 60 milyon türkü düşünün.

    Bizim Osmanlı, Qacar, Babur imperiyalarımızı, Azərbaycan Xalq Cümhuriyyəti dövlətimizi, Güney Azərbaycanda qurulmuş Pişəvəri hökümətimizi, Uyğur dövlətimizi, Rusiya içindəki türklərin dövlətlərini necə yendiklərini düşünün.

    Krım türklərini, Mesxeti türklərini köç yollarında necə qətliama uğratdılar, yox etdilər, bir də bunu düşünün.

    Türküstanda Rus İşğallarına SSRİ - yə qarşı Basmaçı hərəkatı yaradıb 1950-ci illərə qədər savaşmış Türk hərəkatını düşünün. Basmaçı hərəkatı Türküstanın Milli dirənişi idi. Bu dirənişi sındırmaq üçün Türküstanın yarısı qətl edildi. Ənvər Paşa qətl edildi. Liderlərimiz, dinimiz, dilimiz, tariximiz, ədəbiyyatımız, fəlsəfəmiz, mədəniyyətimiz, bütün keçmişimiz qətl edildi. Coğrafiyamız, sərvətlərimiz talandı. Milli şüurumuz milli mənliyimiz təcavüzə uğradı, yaralandı, ləkələndi. 10 milyon kv.km lik bir Turan coğrafiyası xarabaya çevrildi, bölüşdürüldü, paylaşıldı.

    İndi Azərbaycanda biriləri qalxıb Türk Dünyası Zirvə toplantısına toplaşan liderlərə avtoritar, diktator deyir, Türk Dünyası Zirvə Toplantısının önəmini aşağılamaq, kiçiltmək istəyir.

    Cahil. Bizim savaşımız demokratiya və ya avtoritariya savaşı deyildir, Vətən savaşıdır, Millət savaşıdır, sağ qalmaq savaşıdır. Bir tərəfdə Çin, bir tərəfdə Amerika-İsrail birliyi, bir tərəfdə Rusiya, bir tərəfdə İranın durub Türk Millətinə etdikləri zülmləri görmürsənmi? Amerika-İzrail blokunun, Amerika-Fransa blokunun Türkiyəni Ermənistana və Kürdüstana bölmək planlarını görmürsənmi? Amerikanın Türkiyənin burnunun dibinə silahlar topladığını görmürsənmi? Türkiyəni gözləyən təhlükəni görmürsənmi? Türkiyə olmazsa Azərbaycan da olmaz, bunun fərqində deyilsənmi?

    Siz kimsiniz Qərbin siyasi söyləmləri ilə silahlanıb Türk liderlərinin hər birlik əməllərini kiçiltmək istəyənlər. Hansı cəbhədə durmusunuz? Davanızın adı nədir?

    Tarix hafizəsini, türklük bilincini və şərəfini itirmiş, beyni yuyulmuş bir soydaşımız əsla bu günümüzü və gələcəyimizi doğru yorumlaya bilməz. Əsla gerçək bir dava adamı ola bilməz, Milli strategiyanı düzgün müəyyənləşdirə bilməz, Millətə hədəf göstərə bilməz.

    Halbuki, ölkəmdə fəaliyyət göstərən 50 partiyanın 45-i Türk millətindən qopmuşdur, Stalin doktrinasına əsaslanan zehniyyəti təmsil edirlər, Qərbin, Amerikanın siyasət alqısını, ideologiyasını təbliğ edirlər. Bizim cahillər nə deyirlər? Biz Azərbaycanın diktator Berdi Məhəmmədlə, avtoritar Ərdoğanla birləşməsini istəmirik deyərək yeni qurulan Türk Birliyi Təşkilatını diktatorlar birliyi kimi təbliğ etməyə cəhd edirlər. Biz demokrat Baydenlə, Merkellə birləşmək istəyirik düşüncəsinə qapılırlar ...

    Cahil. Kərkük də, Şam və Hələb də, Krım və Tatarıstan da, Kaşğar və Urumçi də, Təbriz və Tehran da Qarabağ savaşının, Şuşa və İrəvan savaşının bir parçasıdır. Türk dünyasının hər yerində bir Qarabağ var. Qarabağda savaşı qazana bilməsən İstanbulu əlində tuta bilməyəcəksən. Fərqindəsənmi bunların?!

    Rusiya İstanbula yaxınlaşmaqdadır. Qara dənizi, Xəzəri aldı, Ağ dənizə girməyi planlayır, Abxaziyada, Osetiyada, Qarabağda hərbi bazalar qurub Türkiyəni çevrələyir, fərqindəsənmi? Bunlar Turanın qurulmasını önləyən strategiyalar deyildirmi?

    Bütün bunlara rəğmən Yeni dünya qurulur fərqindəmisiniz? Turan qurulur. Yeni dünyanın öz fəlsəfəsi, tarix anlayışı, siyasi söyləmləri var. Öz dünyanıza dönün.

    Stalinin tarix doktrinası əsasında yetişmiş, Stalinin "Azərbaycanlı" uşaqlarının dünya alqısı və siyasət anlayışı elə Azərbaycan boydadır. Bu Stalin zehniyyəti bu gün kiçik Azərbaycanı daha da kiçildib iki barışmaz cəbhəyə bölüb. Demokratlar və avtoritarlar. Demokratiya tərəfdarları. Avtoritarizm tərəfdarları. Amerikanın, Baydenin ideologiyası Türk Millətinin sağ qalmaq uğrundakı mücadilə instinktini necə də öldürübdür. Monitor arxasındakı Soydaşım bir Turan əsgərinə deyil, bir Amerikan əsgərinə çevrilib...

    Bu keçmişini, gələcəyini itirmiş soydaşlarımdan ayrılaraq hayqırıram. Mənim millətimin davası demokratiya və ya avtoritarizm davası deyildir, bir Turan davasıdır, Ədalət davasıdır!

    Bizim davamız sadəcə bir Azərbaycan davası deyildir, 300 milyon türkün davasıdır! Bizim davamız sadəcə parçaların, hissələrin davası deyil, bütünün - Turanın davasıdır! TURAN bir qurtuluşdur!

    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR